 |
 |
 |
Bütün balıqlar insanların sahib olmadığı bir duyğuya sahibdirlər. Bədənlərinin yanlarında, digər yerlərindən fərqli quruluşa sahib incə bir xətt uzanır. Bu xətt çoxlu dəlik ya da məsamədən meydana gəlmişdir. Balıq bunlarla suda meydana gələn təzyiq dəyişmələrini təyin edər. Üzərkən qarşısında irəliləyən təzyiq dalğası meydana gətirər. Bu dalğa, bir cismə dəysə, balıq təzyiqdəki dəyişikliyi dərhal anlayar. Bu duyğu qabiliyyəti xüsusilə sürülər halında üzən balıqlar üçün çox əhəmiyyətli təhlükəsizlik ünsürüdür. |
Diqqət çəkici gözəllikdə olan qonaqotu çiçəyi, yarpaqları üzərində yerləşən kiçik iynələri sayəsində düşməni olan tırtıllardan qoruna bilir. Bu iynələr, yumurtadan çıxan tırtıllar;n ən kiçik hərəkəti halında bədənlərinə batar. Beləcə, qonaqotu çiçəyi, bu tırtıllar hələ doğulub ona zərər vermədən əvvəl tədbirini almış olur. |
Dünyanın hər yerində qarpızların eyni xüsusiyyətlərə sahib olmasını təmin edən də toxumda gizli olan bu məlumatdır. Bu səbəblə, dünyanın harasına gedilərsə gedilsin, qarpız çəyirdəklərindən bir miqdar götürülüb torpağa əkilsə, bir müddət sonra torpaqdan bir qarpız bitkisinin çıxdığı, ardından bu bitkinin üzərində kiçik qarpızların meydana gəldiyi, bunların da zamanla böyüdüyü və həqiqi bir qarpıza çevrildikləri görüləcək. |
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)
|
 |
 |
 |
Gözünüzün gördüyü sahədə nə qədər çox fərqli rəng varsa, bu o qədər fərqli sayda piqmentin varlığını göstərir. Çünki ətrafımızda gördüyümüz hər şeyin rəngi, maddələrin quruluşunda olan piqmentdən asılıdır. Bitkilərin yaşıl rəngi, dərinizin rəngi, gözünüzün rəngi, heyvanların rəngi, qısacası, bütün rənglər həmişə piqmentlerin quruluş xüsusiyyətindən qaynaqlanır. |
 |
 |
 |
İnsan burnunun sahib olduğu qoxu bölgəsinin böyüklüyü ümumi olaraq 5 kvadrat santimetr ikən, it burnunun sahib olduğu qoxu bölgəsinin böyüklüyü 150 kvadrat santimetrə qədər çıxar. Bunun sayəsində, havadakı ən kiçik nisbətlərdəki qoxuları belə çətinlik çəkmədən təsbit edən itlər, insanların və inkişaf etmiş elektron cihazların bacarmayacağı işləri bacararlar. Narkotik maddələri, qaçaq malları, itkin insanları, partlayıcı maddələri, ov heyvanlarını, günahkarları, qəzaya uğramışları, fəlakətə məruz qalmış kəsləri tapmaqda heyvanların bu üstün xüsusiyyətlərindən faydalanılır. Məsələn, iybilmə duyğusu qüvvətli olan it növü "Bloodhound", qoxu duyğusundan istifadə edərək heç bir əlamətin görülmədiyi bölgələrdə izi tapa bilər, dörd günlük bir izi təqib edə bilər və bir insanın izini 80 kilometrdən daha uzaq məsafədən tapa bilər. |
Arktik tundralardakı acıpaxla bitkisi havanı təxmin edər və bu təxmin əsasında əgər şərtlər pisdirsə, cücərməz və torpaq altında bir növ yuxuya gedərək havaların düzəlməsini gözləyər. Bu bitkinin toxumları, böyümək üçün ilin müəyyən vaxtlarında isti havaya ehtiyac duyar. Toxumlar istiliyin kafi olmadığını fərq etdiklərində bir möcüzə baş verir, mühit digər şərtlər baxımından uyğun olsa da toxumlar çatlamaz və donmuş torpaqlarda istiliyin artmasını gözləyərlər. Uyğun mühit tam olaraq təmin edildiyində də aradan keçən zamanın uzunluğuna baxmadan acıpaxla toxumları qaldıqları yerdən inkişafa davam edərlər. Belə ki, qaya yarıqları arasında yüzlərlə il xarab olmadan, cücərməmiş qalan bitki toxumları tapılmışdır. |
Sürü halında hərəkət edən quşlar "V" şəklində uçarlar. V şəklindəki uçuş əsnasında ən öndəki quşlar havanın onlara qarşı meydana gətirdiyi müqaviməti arxadan gələn quşlar üçün bir az daha azaldırlar. Bu şəkildə enerji qənaəti təmin edən toplu halındakı quşlar ümumiyyətlə, tək başına olan quşlardan daha sürətli uçarlar. "V" şəklindəki uçuş əsnasında, hər quş qanad çırparaq, arxadakı quşu qaldıran hava axını meydana gətirər. Bu şəkildə uçan bir qaz qrupu, bir-birlərinin qanad çırpışları nəticəsində ortaya çıxan hava axınını istifadə edərək, uçuş mənzillərini 70% nisbətində artıra bilərlər. Bu vəziyyətdə tək başlarına gedə biləcəkləri yolun məsafəsini, qrup halında demək olar ki, ikiyə qatlamış olurlar. |
 |
 |
Allahın boyası ... Allah(ın boyasın)dan daha gözəl boyası olan kimdir? Biz (yalnız) Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)
|
 |
 |
 |
 |
Klon balıqları, “aktinilər” adı verilən bitkiyə bənzər bir canlının budaqları arasında yaşayarlar. Aktinilərin budaqlarında zəhərli kapsulalar vardır və bunlara dəyən balıqlar ya zərər görürlər ya da ölürlər. Halbuki, klon balığı aktinilərdən heç bir zərər görməz. Hətta bunların arasına girərək özünü qoruyar. Çünki bu balıqların xüsusi bir ifrazatı vardır və bunun sayəsində öldürücü kapsulalardan heç təsirlənməzlər. |
Başı və boynu mavi olan tovuzquşunun, quyruğundakı "lələk" adlı tükləri zərli yaşıl rəngli olub, uclarında da bu mükəmməl sənəti tamamlayan dairəvi xallı bir hissə var. Ancaq burada təsvir edilən quyruğun sahibi yalnız kişi tovuzquşudur. |
Ördəklər də digər su quşları kimi havanı bədənlərinin içində daşıyarlar. Bu, suyun üstündə qalmalarını təmin edən səbəblərdən biridir. Bədənində kiçik balonlara bənzəyən hava kisəcikləri vardır. Bu kisəciklərin havayla dolduqlarında ördəyin suyun içində qala bilməsinə kömək olarlar. Ördək suya dalmaq istədiyində kisəciklərindəki havanı çölə vurar. Bədəninin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə batar. |
İnsanların əksəriyyəti, dəniz tutuquşusunu pinqvin növü zənn edər. Halbuki, dəniz tutuquşusu fərqli növ quşlardır. Aralarındakı ən böyük fərq isə pinqvinlərin əksinə olaraq, dəniz tutuquşular; uça bilmələridir. Bir dəniz tutuquşusu ailəsində, ana və ata ümumiyyətlə həyatları boyunca ayrılmazlar. Hər il bir bala böyüdəcəklər. Cütləşmə dövrünə gələndə, bütün il boyunca donuq rəngdə olan dimdiklərinin üstündə parlaq xətlər meydana gələr. Dəniz tutuquşusu bu xətlər sayəsində dimdiklərini bayraq kimi istifadə edərək uzaq məsafələrdən bir-birləriylə razılaşarlar. |
|
 |
 |
Meşə palıdı ağacdələninin, palıd toxumlarını saxlamaq üçün dayanıb istirahət etmədən ağaclarda "dəlik" açdığını bilməyən yoxdur. Əgər dəlik kiçik olsa və palıd toxumunu zorla dəliyə sıxışdırmağa çalışsa, bu dəfə palıd ağacı zərər görər. Zaman keçdikcə toxumlar kiçilərlər və quruyarlar. Buna görə, təkrar olaraq yerlərinə yenilərinin yerləşdirilmələri lazımdır. Bu ağacdələnlər böyük bir ağacda bu toxumlardan 50.000 ədəd saxlaya bilirlər. |
Bayquşlar çox səssiz uça bilirlər. Bu üstünlüyü onlara təmin edən, qanadlarındakı xüsusi dizayndır. Digər quş növlərinin qanadlarındakı tük quruluşu iti kənarlıdır. Bayquş tükləri isə bunun tam tərsinə olaraq incə, amma iti olmayan dizayna malikdir. Bu xüsusi dizayn gecə ovlanan bu heyvana uçuş əsnasında tam bir səssizlik təmin edir. |
|
 |
 |
 |
Yeni Zelandiya çayının sahilində ovlanan Wry-bill quşlarının dimdiklərinin ucu bənzərsiz bir şəkildə həmişə sağa doğru meyillidir. Başını sola çevirən quş asimmetrik olan dimdiyini istifadə edərək ağır çınqıl daşlarını balıq yumurtalarının üzərinə itələyərək yumurtaları qırar və yeyər. |
Bəzi canlılar öz yaşayış bölgələrini təyin etmək üçün "qoxu buraxma" üsulunu istifadə edərlər. Ceyranlar da bu metoddan istifadə edərlər. Öz bölgələrini təyin etmək üçün uzun incə budaqlara və otlara, dərhal gözlərinin altındakı vəzilərdən ifraz olunan və qatran kimi iy verən bir maddə buraxarlar. Bu qoxu digər ceyranların bölgənin sahibi olduğundan xəbərdar olmalarını təmin edər. |
Uçan sincabların bir növü olan "Şəkər uçan sincablar" ın uçma pərdəsi, ön ayaqlardan arxa ayaqlara doğru uzanır; dardır və qotaza bənzər uzun tükləri vardır. Uçan sincab, bir ağacın gövdəsindən atılar və gərilmiş dərinin planerə bənzəyən təsiriylə bir səfərdə 30 m.-lik uzaqlıq qət edə bilər. Ard-arda 6 dəfə havada süzülməklə 530 m.-lik bir məsafə qət etdikləri müşahidə edilmişdir. |
|
|